RU

Palata: Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində hesablanmış öhdəliklərin ödənilməməsi vergi borclarını artırıb

Bu ilin doqquz ayında neft-qaz sektoru üzrə dövlət büdcəsinə vergi borclarının əhəmiyyətli dərəcədə artması Azəri-Çıraq-Günəşli layihəsi çərçivəsində hesablanmış öhdəliklərin ödənilməməsi ilə əlaqədar olub.

Teleqraf xıbır verir ki, bu barədə Hesablama Palatasının "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir:

"Belə ki, bu layihə çərçivəsində ödənilməmiş borcun məbləği neft-qaz sektoru üzrə ümumi borcun 54,6 mln. manatını və ya 91,3%-ni təşkil edib. Eyni zamanda qeyd edilməlidir ki, əvvəlki hesabat dövrlərində formalaşmış vergi borclarının effektiv inzibatçılığı və onların tədricən azaldılması növbəti ildə Dövlət Vergi Xidmətinin xətti ilə proqnozların icrasına müsbət təsir göstərə bilər".

Qeyd edək ki, neft-qaz sektoru üzrə vergi borcları ilin əvvəli ilə müqayisədə 13 dəfə artıb.

Избранный
2
teleqraf.com

1Источники