RU

68 yaşlı kişi ad günündə faciəli şəkildə öldü

Tovuz rayonunda 68 yaşlı kişi ad günündə yıxılıb ölüb.

Bizim.Media xəbər verir ki, hadisə noyabrın 3-də axşam saatlarında rayonun Xatınlı kəndi ərazisində baş verib.

Kənd sakini, 1957-ci il təvəllüdlü Məhərrəm Rəcəb oğlu Abdiyev evində ailəsi ilə birlikdə özünə ad günü mərasimi təşkil edib. O, evində çörək yeyəndən sonra həyətə çıxıb. Bu zaman onun ayağı sürüşüb yıxılıb və başı həyətdəki dirəyə dəyib.

Ağır kəllə-beyin travması alan M.Abdiyev evində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır. (Oxu.az)

Bizim.Media

Избранный
15
3
bizim.media

4Источники