RU

Türkmənistan Xəzər vasitəsilə Türkiyəyə elektrik enerjisi tədarük etməyi planlaşdırır

BAKI, 4 noyabr. TELEQRAF

Türkmənistanın Xəzər sahilində kombinə edilmiş dövrəli elektrik stansiyasının tikintisi davam edir. Bu, nəhayət, Xəzər vasitəsilə qonşu ölkələrə, o cümlədən Türkiyə və daha uzaq dövlətlərə elektrik enerjisinin ixracına imkan verəcək.

Teleqraf xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkiyənin “Çalık Holdinq” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Ahmet Çalık ilə görüşündə bildirib.

Prezident enerji layihələrinin əhəmiyyətini qeyd edərək, yeni elektrik stansiyasının ixrac potensialını vurğulayıb.

A.Çalık əməkdaşlığın perspektivli istiqamətlərini müzakirə etmək imkanına görə minnətdarlığını bildirib, regionda yeni sənaye obyektlərinin tikintisi və açılışının Türkmənistan iqtisadiyyatının dinamik inkişafını əks etdirdiyini deyib. O, müstəqillik illərində ölkədə irimiqyaslı layihələrin həyata keçirildiyini və rəhbərlik etdiyi şirkətin bu layihələrdə iştirak etdiyini qeyd edib.

Sərdar Berdiməhəmmədov əlavə edib ki, Türkmənistan və Türkiyə arasında tarixi yaxınlıq və qardaşlığa əsaslanan münasibətlər möhkəmlənməkdə və yeni məna kəsb etməkdə davam edir. Energetika, tikinti, tekstil və digər iqtisadi sahələrdə əməkdaşlıq uğurla inkişaf edir.

Избранный
33
teleqraf.com

1Источники