RU

Murad Ağalarov: “Bu Zəfər göstərdi ki, xalqın birliyinə qarşı heç bir maneə dayana bilməz”

Zəfər Günü – Azərbaycan xalqının tarixi ədaləti və dövlətimizin suverenliyini bərpa etdiyi, eyni zamanda milli birliyin, vətənpərvərliyin və vətəndaş məsuliyyətinin hiss olunduğu gündür. Bu gün xalqımızın dövlətinə və ordusuna olan sonsuz inamını göstərir.

Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi İdarə Heyətinin sədri Murad Ağalarov QHT.az -a açıqlamasında bildirib ki, Zəfər Günü milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, gələcək nəsillərin maarifləndirilməsi və dövlət müstəqilliyinin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, xalqın dövlətə olan sarsılmaz inamı, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşməsi milli həmrəyliyin ən ali nümunəsini göstərdi:

"Bu birlik Azərbaycan Ordusunun döyüş ruhunu gücləndirdi, bütün ictimaiyyəti bir məqsəd ətrafında topladı və nəticədə tariximizin ən parlaq səhifələrindən biri əldə edildi. Bu tarixi gün, eyni zamanda, Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətində də mühüm yer tutur. QHT-lər cəmiyyət arasında milli dəyərlərin, vətənpərvərlik ruhunun və vətəndaş məsuliyyətinin güclənməsi istiqamətində bir sıra maarifləndirici tədbirlər, ictimai təşəbbüslər və sosial layihələr həyata keçirirlər. Maarifçilik istiqamətində fəaliyyət göstərən təşkilatlardan biri kimi, Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi də uşaqlar və gənclər arasında milli kimlik duyğusunun formalaşdırılması, vətənə sevgi, dövlətçilik ənənələrinə sadiqlik və vətəndaş məsuliyyətinin artırılması məqsədilə ardıcıl maarifləndirici fəaliyyət həyata keçirir".

QHT sədri həmçinin bildirib ki, Zəfər Gününün beynəlxalq miqyasda tanıdılması istiqamətində təşəbbüslərin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə dövlət qurumları, QHT-lər və diaspor təşkilatlarının birgə fəaliyyəti çərçivəsində xarici ölkələrdə Azərbaycan həqiqətlərini nümayiş etdirən sərgilər, sənədli filmlər, elmi konfranslar və mədəni tədbirlər davamlı olaraq təşkili  olunmalıdır:

"Zəfər Günü gənc nəslə həm keçmişin qəhrəmanlığını unutmamağı, həm də gələcəyin məsuliyyətini daşımağı öyrədir. Bu Zəfər göstərdi ki, xalqın dövlətçilik əzmi və birliyə əsaslanan iradəsi qarşısında heç bir maneə dayana bilməz".

Избранный
65
qht.az

1Источники