RU

Taleh Kazımov: Ölkənin strateji valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb

Bakı, 4 noyabr, AZƏRTAC

Beynəlxalq Valyuta Fondunun (BVF) “Aprel Hesabatı”na əsasən, qlobal iqtisadi artım 2025 və 2026-cı ildə 3,2 faiz səviyyəsində proqnozlaşdırılır. Bu göstərici həm ötən ildə qeydə alınan 3,3 faiz artımdan, həm də 2000–2019-cu illərdə tarixi orta göstərici olan 3,7 faizdən aşağıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib.

O bildirib ki, hesabatda, həmçinin qlobal inflyasiya proqnozu 2025-ci il üçün dəyişməz saxlanılıb, 4,2 faiz səviyyəsində müəyyən edilib: “2026-cı ildə isə bu göstəricinin 0,1 faiz bəndi artaraq 3,3 faiz olacağı proqnozlaşdırılır”.

“Qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsulun artımı bu ilin sonuna 3 faiz, növbəti il üçün 4,4 faiz səviyyəsində gözlənilir. Hazırda ölkənin strateji valyuta ehtiyatları 2023-cü ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb və bu göstərici ölkə iqtisadiyyatının dayanıqlığının mühüm təminatçısı kimi çıxış edir”, - deyə AMB sədri əlavə edib.

Избранный
58
4
azertag.az

5Источники