RU

Cəlilabadda ağır yol qəza: Sürücü yaralandı, at tələf oldu FOTO

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb, bir baş at tələf olub.Bizim.Media xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.Yola çıxan at 1978-ci il təvəllüdlü, Maşlıq kənd sakini Anar Maşallah oğlu Bədəlovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə çırpılıb.Zərbədən sonra minik avtomobili idarəetməni itirərək Yasin Yusif oğlu Nəsirovun idarə etdiyi ağır tonnajlı yük maşınına dəyib.Qəza nəticəsində at hadisə yerində tələf olub, “VAZ-2107”nin sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
3
bizim.media

4Источники