RU

Xəzər dənizində suitilərin kütləvi qırğını | VİDEO

AzVision.az xəbər verir ki, Qazaxıstanın Manqistaus vilayətinin Ekologiya departamentinə istinad edən Rusiyanın “TASS” agentliyi belə məlumat yayıb.

“Agentlik əməkdaşları Tüpkaraqan rayonunun sahil zolağında monitorinq apararkən 112 ölü suiti aşkar ediblər. Cəmdəklər Asan kəndi ilə Bautino burnu arasında yerləşirdi”,- xəbərdə deyilir.

Manqistau vilayətinin Balıqçılıq Təsərrüfatının Mühafizəsi idarəsi hadisə yerinə bütün səlahiyyətli qurumların müfəttişlərinin göndərildiyini bildirib.

Mütəxəssislər hadisənin səbəbini müəyyən edəcəklər. Bunun üçün ərazidən dəniz suyu nümunələri götürülüb.

Xatırladaq ki, bu ilin may ayında Manqistau sahillərində 279 ölü suiti, iyulda isə Aktau sahillərində suiti cəmdəyi aşkar edilib.



Sahil İsgəndərov
AzVision.az
Избранный
14
2
azvision.az

3Источники