RU

Həkimdən maraqlı açıqlama: “Ət uşaqları yaddaşsız, böyükləri isə əsəbi edir”

“Bu millət ət yeyən millətdir. Halbuki ət insanlar üçün nəzərdə tutulmayan qidadır. Görürsünüz, ət yeyən canlılara, yəni yırtıcı heyvanlara Allah o çənəni, dişi verib ki, bu qida sənindir, ye. İnsan yarananda dəmir, qazan, bişirilmə qaydası yox idi və insan ət yemirdi. Təsadüfən bir dəfə ildırım vurması nəticəsində canlının ətini dişinə çəkən ac qalan adam görür ki, nə gözəl dadır. Bundan sonra dəmir, qazan, od kəşf olundu. İnsanlar ət yeməyə başladılar. “Tarzan” filmini, yəqin ki, izləmisiniz. Tarzan giləmeyvə ilə qidalanırdı. Ağacdan-ağaca gəzirdi, heç bir problemi yox idi”.

News365.az xəbər verir ki, bu sözləri  tanınmış həkim Seyfəddin Əsəd deyib.

S.Əkbər bildirib ki, qırmızı ət yemir: “Yalnız ağ ət – rayon çolpası, bir də təzə balıq yeyirəm. Oktyabrın 22-də Hindistandan gəlmişəm. On gün orada qaldım. Gedəndə bilirdim ki, Hindistanda qida məsələsi çətindir. Çolpa bişirtdirib aparmışdım. Onları da dəvət etdim, az qaldı məni döyələr. Dedilər ki, sən nə danışırsan, ət yemək nədir, bunu yığışdır, at getsin. Hindistanda böyük bir kütlə ət yemir, hamısı da sağlam, çəkisi, təzyiqi, əsəbi yerində. Ən hündürdən danışan adam mən idim. Hamı sakit, xoşbəxt idi. Bağırsaqları saat mexanizmi kimi işləyir. Bizdə isə əti kartofla bişirirlər, kartof mədə turşusunu götürüb gedir, qalır turşusuz mədə… Əti həzm edən mədə turşusudur. Ət həzm olunmur, fırlanır, fırlanır, nəticədə, bir adamda dörd kiloqrama qədər bağırsaq daşı yığılır. Ömür boyu deyir ki, ay qardaş, mən niyə əsəbləşirəm, niyə yuxuluyam, yorğunam, qəbiz oluram? Ət yediyim vaxtlar yadımdadır. Yeməyin vaxtı beş dəqiqə keçən kimi başım ağrıyırdı. İnsanlar bunu bilirlər. Baş ağrıyır, insan əsəbiləşir, gərginləşir, hər şey pozulur. Ət yeyən uşaqlar yaddaşsız, böyüklər isə əsəbi, gərgin, yırtıcı, davakar olurlar. Ət yeməyənlər isə çox rahat olurlar. Ət yeməmək insanlara böyük sağlamlıq gətirəcək. Narahat olmağa dəyməz. Ətdən alınan zülalın əvəzinə bitki zülalı almaq olar. Qoz, fındıq, noxud, lobya və s. Bu, daha yaxşı zülaldır. İlkin dövrlərdə bu da yox idi. İnsanlar yumurta yemirdilər. Ən azından yumurtanın zülalından yaxşı zülal yoxdur. Ətdən daha yaxşı zülal yumurtadadır. Gündəlik bir dənə yumurtanı soyutma bişirib yemək məsləhətdir”, – həkim bildirib.

Qeyd: Son günlər qəssabxanalarda aparılan yoxlamalar və ölkədə ətin bahalaşması fonunda müzakirələr zamanı bildirilir ki, getdikcə ət kəsimi yığışdırılacaq, vegeterianların sayı artacaq.

Избранный
9
2
news365.az

3Источники