RU

Heydər Əliyevin İrəvana tarixi təklifi: Qarabağın əvəzində bunu verək...

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Əsrin müqaviləsinin imzalanmasından əvvəl Rusiya bütün şərtlərdən istifadə edərək sazişin baş tutmamasını istəyirdi. O vaxt bəzi arqumentlər çox gülməli idi. Məsələn, deyirdilər ki, Azərbaycanda neft yoxdur, Xəzər daxili su hövzəsidir, ona görə kənar ölkə iştirak edə bilməz. İran da bu arqumentdən istifadə edirdi.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycanın sabiq xarici işlər naziri Həsən Həsənov İctimai TV-də yayımlanan “Təmas Xətti”ndə deyib.

O, Əsrin müqaviləsi ilə bağlı maraqlı faktları açıb:

“Bütün bu maneələri aşaraq sənədi imzaladıq. Rusiyanın neft naziri rəyasət heyətində iştirak edirdi. Neftin dünya bazarına çıxarılması məsələsində ciddi müzakirələr gedirdi. Bir variant Rusiya vasitəsilə dünya bazarına çıxış idi, digər variant isə sərbəst şəkildə Qara dənizdən çıxış idi. İran da iddialı idi, amma onun iddiası real praktikada mümkün deyildi, çünki Fars Körfəzindən Avropaya çıxış həm uzaq, həm də əlverişsiz hesab olunurdu.

Bir dəfə təklif etdim ki, prosesi Qarabağ üzərindən Ermənistana, ordan da Türkiyəyə aparaq. Düşündük ki, bu yolla həm də investisiya qoymaq, ərazini abadlaşdırmaq olar – bu, həm də Ermənistan üçün qazanc deməkdir. Heydər Əliyev çox fikirləşdi, həmin an cavab vermədi və sonda bunu Petrosyana mənim deməyimi tapşırdı. Petrosyan isə cavab verdi ki, “Biz Qarabağı borulara dəyişmirik”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
2
globalinfo.az

3Источники