2026-cı ilin dövlət büdcəsi layihəsində cari ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə xərclərin iqtisadi təsnifatının 5 bölməsi üzrə azalma proqnozlaşdırılıb.
Modern.az xəbər verir ki, 2025-ci illə müqayisədə növbəti ildə məbləğ ifadəsində ən böyük azalmalar “Qrantlar və digər ödənişlər” (1462,0 mln. manat) və “Subsidiyalar” (265,9 mln. manat) bölmələrində nəzərdə tutulub.
Qeyd edək ki, 2024-cü ildə büdcədən qrantlar və digər ödənişlər üçün 4152.8 mln. manat, 2025-ci ildə isə 4770.1 mln. manat ayrılmışdı.
2026-cı ilin dövlət büdcəsi layihəsində isə “Qrantlar və digər ödənişlər” üçün 3308.1 mln. manat nəzərdə tutulub.
Bu, 2024-cü illə müqayisədə 844.7 mln. manat, 2025-ci illə müqayisədə isə 1462,0 mln. manat az vəsait deməkdir.
A.Qorxmaz
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта