RU

Bölgədə müharibə məşqləri: İran hücuma hazırlaşır

İran İraqdakı proksi qüvvələrini silahlandıraraq İsraillə mümkün qarşıdurmaya hazırlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

“İran son həftələrdə İraqdakı proksilərini bölgədə yenidən münaqişə baş verərsə, İsrailə qarşı əməliyyatlar həyata keçirməyə hazırlayır”, - məlumatda bildirilib.

Qeyd edilib ki, İran son aylarda hərbi təsir mərkəzini Livan, Suriya və Qəzza zolağından İraqa köçürür.

İsrailin “Walla” saytı bundan əvvəl ordu mənbələrinə istinadla xəbər vermişdi ki, İsrail ordusu və MOSSAD İraqda İran tərəfindən dəstəklənən silahlı qruplaşmaların artan təhdidinə qarşı hazırlıq görür.

“The Jerusalem Post” isə yazıb: “İran özünə bağlı yarı-hərbi qruplaşmaları gücləndirmək və İraqda terror infrastrukturu yaratmaq üçün ciddi vəsaitlər xərcləyib. Bu, mümkün qarşıdurma zamanı İsrailə hava və quru zərbələrinin təmin olunması üçün edilib”.
Избранный
12
2
sherg.az

3Источники