RU

Hakan Fidan bu gün Finlandiyaya səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Finlandiyaya səfər edəcək.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinə yaxın mənbələr məlumat yayıb.

Bildirilib ki, Fidan Helsinkidə Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşəcək.

Məlumata görə, Fidanın səfəri çərçivəsində Finlandiya parlamentində keçirilməsi planlaşdırılan və “Türkiyə-Finlandiya əməkdaşlığı” mövzusuna həsr olunan tədbirdə çıxış etməsi planlaşdırılır.

Qeyd olunub ki, həmçinin Türkiyə XİN rəhbərinin Finlandiyadakı tatar icması ilə görüşü də gözlənilir.

Daşqın HəsənovMissiya.Az

Избранный
58
missiya.az

1Источники