RU

Oktyabrda apteklərdən 8 dərman vasitəsi yığışdırılıb

Cari ilin oktyabrda ümumilikdə 77 aptekdə yoxlama aparılıb.

Bu barədə Analitik Ekspertiza Mərkəzi (AEM) məlumat yayıb.

Qeyd edilib ki, yoxlamaların 6-sı Bakı şəhərində, 71-i isə ölkənin rayonlarında keçirilib. Yoxlamalar nəticəsində satışdan 8 dərman vasitəsi kənarlaşdırılıb.

Aparılmış planlı və plandankənar yoxlamalar nəticəsində 77 müxtəlif nöqsanlar aşkar olunub, İnzibati Xətalar Məcəlləsinin altı maddəsi üzrə ümumilikdə 30 protokol tərtib edilib.

Избранный
7
3
anews.az

4Источники