RU

Rövşən Binəqədilinin səhhəti necədir? AÇIQLAMA

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Rövşən Binəqədilinin səhhətində yay aylarında problem yaranmışdı.

O, astma xəstəliyindən əziyyət çəkir. Həmçinin, ciyərlərində və mədəsində bəzi problemlər var. İfaçı buna görə daha əvvəl əməliyyat olunmuşdu.

O, avqustun sonlarında müalicə olunaraq xəstəxanadan evə buraxılmışdı. Rövşən Binəqədilinin müalicə prosesini evdə keçirəcəyi və bunun 6 ay davam edəcəyi açıqlanmışdı.

Maraqlıdır, hazırda müğənninin sağlamlıq vəziyyəti necədir? 

Bununla bağlı Rövşən Binəqədili ilə əlaqə saxladıq.

Müğənni “Cebheinfo.az”-a açıqlamasında müalicəsinə davam etdiyini deyib:

“Hazırda yaxşıyam. Hələlik müalicəyə davam edirəm. Yeni layihələr üzərində çalışmaq istəyirəm, lakin səhhətim oxumağa yol vermir. Buna baxmayaraq, çətinliklə də olsa, yeni bir mahnı ərsəyə gətirmişəm. İnşallah 8 noyabr Zəfər Günündə yeni mahnımı təqdim edəcəyəm”.

Elmir Mustafa

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
51
1
cebheinfo.az

2Источники