RU

Kibertəhlükəsizlik dövlətlərin milli təhlükəsizlik konsepsiyasında ön plana çıxıb- ÖZƏL

"Dəyişən dünyada kibertəhlükəsizlik amili də dövlətlərin milli təhlükəsizlik konsepsiyasında artıq ön plana çıxıb. Azərbaycan bu sahədə böyük təcrübəyə malik olan şirkətlərlə çox geniş proqramlar üzərində işləyir və özünü maksimum dərəcədə qoruya bilir. Eyni zamanda, Azərbaycana qarşı edilən kiberhücumların daha etibarlı müdafiəsi və həmin aktorların müəyyən edilərək onlara layiqli cavabın verilməsi üçün əlavə addımlara ehtiyac var və bu məsələdə Azərbaycan alimlərinin üzərinə mühüm vəzifələr düşür. Dövlət qurumları ilə qarşılıqlı birgə fəaliyyət planının olması daha güclü kibermüdafiə səddi formalaşdıra bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Azərbaycanın elmi elitası həm də mili kimliyimizin təminatçısıdır, azərbaycançılığın, milli-ideoloji kursun, mədəni intibahın, ana dilinin qoruyucusudur. Cənab Prezidentin Azərbaycan dilinin zənginliyinə, saflığına xüsusi diqqət çəkməsi də təsadüfi deyildi. 50 milyondan çox insanın milli birlik və həmrəyliyinin, mənsubiyyətinin simvolu və mili sərvətimiz, qürur mənbəyi olan Azərbaycan dilinin qorunmasında da elm adamlarının üzərinə böyük yük düşür. Milli strateji düşüncənin gücləndirilməsinə, ana dilimizin zənginləşməsinə onların verdiyi töhfələr əvəzedilməzdir.
Bir sözlə, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi dəyərli fikirlər Azərbaycanın gələcək milli inkişafını müəyyən edən strateji konsepsiyanın yeni hədəf istiqamətləri kimi qiymətləndirilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
26
olaylar.az

1Источники