RU

İskəndəryan: Cənubi Qafqaz mövcud deyil

BAKI, 4 noyabr. TELEQRAF

“Cənubi Qafqaz regionu faktiki olaraq mövcud deyil, çünki bu bölgədəki ölkələr arasında sərhədlər bağlıdır”.

Teleqraf xəbər verir ki, bu barədə İrəvanda keçirilən “Orbeli - 2025” beynəlxalq konfransında erməni politoloq Aleksandr İskəndaryan deyib.

Onun sözlərinə görə, əgər Cənubi Qafqaza ABŞ-nin baxış bucağından yanaşsaq, onu bir region adlandırmaq olar, amma yerli sakinlər üçün bu, region hesab edilə bilməz.

İskəndaryanın sözlərinə görə, bölgənin imkanlarından danışmaq üçün əvvəlcə regionun özünü yaratmaq lazımdır ki, ölkələrin (Azərbaycan və Gürcüstan) vətəndaşları bir-biri ilə vasitəçilərsiz qarşılıqlı əlaqə qura bilsinlər.

Politoloq xatırladıb ki, son beş ildə Cənubi Qafqazda vəziyyət ciddi şəkildə dəyişib - xüsusən 44 günlük müharibə və Ukraynada savaşın başlamasından sonra.

Избранный
30
teleqraf.com

1Источники