RU

Sahil Babayev: "Çox az ölkədə Azərbaycandakı qədər aşağı gəlir vergisi var"

Dünyada çox az ölkədə Azərbaycandakı qədər aşağı gəlir vergisi var.

Aznews.az xəbər verir ki, bunu maliyyə maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O xatırladıb ki, növbəti ildən 2 500 manata qədər olan gəlirə cəmi 3 % gəlir vergisi tətbiq olunacaq: "Eyni zamanda, biz ümumi fiskal yükü tənzimlədik. Azərbaycanda əvvəllər ümumi fiskal yük 52-55 %-ə qədər idi, indi isə 37 %-dir. Bütün gəlir növlərində onu keçməmək şərti qoyduq. Paralel olaraq, biz hazırladığımız bu yeni layihə ilə ölkəmizdə güzəşt dövrü ilə bunu tətbiq etmirik, bunu daimi dərəcələr olaraq tətbiq edirik. Gəlir vergisi 2026-cı ildə 3 %, 2027-ci ildə 5 %, 2028-ci ildə isə 7 % olacaq. Gəlir vergisi 7 %-lik rəqəmlə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2 500 manata qədər 7 %, 8 min manata qədər 10 %, 8 min manatdan yuxarı isə 14 % olaraq müəyyən olunacaq. Amma 2026-cı il üçün bu rəqəm 3 %-dir".

Избранный
20
8
aznews.az

10Источники