RU

Qarabağ ın sabiq vingeri Çelsi ilə matçdan nə gözləyir?

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda "Çelsi"ni qəbul edəcək. "Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb İngiltərə nəhəngi ilə görüşdən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ"ın istənilən rəqibə qarşı mübarizə aparmaq üçün kifayət qədər təcrübəsi var. "Çelsi" ilə yollarımız əvvəl də kəsişib. İki üzücü məğlubiyyət alsaq da, o oyunlar bizim üçün bir təcrübə idi... 

İndiki "Qarabağ" o vaxtkından daha güclü kollektivdir. Komandamızın istedadlı, çox səviyyəli baş məşqçisi var. Öz azarkeşlərimiz önündə oynayacağıq. Mümkün qədər kompakt mübarizə aparmaq, qol şanslarından istifadə etmək lazımdır. "Qarabağ"a ümidimiz, inamımız çox böyükdür. "Benfika"nı səfərdə parlaq oyunlar 3:2, "Kopenhagen"i evdə 2:0 məğlub edən komandaya necə inanmamaq olar? "Qarabağ" həmişə gözlənilməyəni edib və yenə də edə bilər. Rəqib "Çelsi"dirsə, deməli, futbolçular ikiqat əzmlə mübarizə aparmalıdırlar. Məncə, belə də olacaq. İngiltərə Premyer Liqası dünyanın ən yüksək səviyyəli liqasıdır. Nəinki İtaliya çempionatı, heç La Liqa da İPL ilə eyni səviyyədə deyil. Mən bu oyundan böyük ümidlə 1 xal gözləyirəm. Bur daha deyirəm, buzi çox şeydə üstələyirlər: heyət, büdcə və sair. Ancaq biz də güclüləri meydanda çox üstələmişik ". 

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı noyabrın 5-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti 21:45-də səsləndiriləcək.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
26
1
fanat.az

2Источники