RU

Energetika nazirinin müavini ADIPEC 2025 tədbirində iştirak edib (FOTO)

Bakı. Trend:

Energetika nazirinin müavini Orxan Zeynalov Birləşmiş ƏrəbƏmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Əbu-Dabi BeynəlxalqNeft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib.

Nazir müavini “Enerjinin gələcəyi: pozitivlik, praqmatizm vəsiyasətlər” adlı nazirlər panelində və “Şaxələndirmə yolu iləenerji təhlükəsizliyinin və dayanıqlılığının gücləndirilməsi” adlınazirlərin dəyirmi masasında çıxış edib. Nazir müavini ədalətlienerji keçidi prosesində ənənəvi enerji mənbələrininbalanslaşdırıcı rolu və Azərbaycanın “yaşıl enerji keçidi”istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib. O,enerji saxlama texnologiyalarının geniş tətbiqinin və elektrikşəbəkəsinin modernləşdirilməsinin bərpa olunan enerjinin sürətliinkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qeydolunub ki, enerji keçidinin uğurlu həyata keçirilməsi regionalenerji inteqrasiyasından da asılıdır. Bu məqsədlə ölkəmiz CənubiQafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropanı birləşdirən “yaşılenerji dəhlizi” və interkonnektor layihələrini reallaşdırır.Sözügedən layihələr təkcə bərpa olunan enerji mənbələrindənistehsal olunan elektrik enerjisinin ixracına deyil, həm dəşəbəkələrin sinxronizasiyasına və regionda enerji dayanıqlığınınmöhkəmlənməsinə xidmət edəcək.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ŞeyxMəhəmməd bin Zayed Al Nəhyanın himayəsi ilə təşkil olunan ADIPEC2025 tədbiri 10 konfrans və 380 sessiyadan ibarət olmaqla enerjisisteminin formalaşdırılması, yeni texnologiyaların tətbiqi, təmizenerji sahəsinə sərmayələrin qoyulması, təmiz və təhlükəsiz enerjigələcəyinə keçidin sürətləndirilməsi kimi mövzulara dairmüzakirələrə həsr olunub.

Energetika
Energetika
Energetika
Məqalədə:
Избранный
16
6
az.trend.az

7Источники