RU

25 il qohumunun verdiyi evdə yaşadı, sonda məhkəməlik oldu “Pul təklif etdi ki, buradan çıx“

ain.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sakin Həsənov 25 ilə yaxındır ki, Badamdar qəsəbəsi, 3-cü massiv 44-cü küçə adlanan ərazidə qohumunun verdiyi qaraj-evdə yaşayır.

Onun sözlərinə görə, illər boyu kommunal xərcləri özü ödəyib, evi təmir etdirib, yaşayış üçün şərait yaradıb. Amma indi ev sahibinin oğlu ondan çıxmağı tələb edir. Qarşı tərəf hətta iş məhkəmədə olduğu halda qaz xəttini öz adına keçirib.

"3 ay əvvəl evdən çıxmağım üçün 20 min manat pul təklif etdi, razılaşmadım. O da dedi ki, mən nə edəcəyimi bilirəm. Dəfələrlə polis, daha sonra isə icra hakimiyyətindən nümayəndələr gətirdi. Amma heç nə edə bilmədi. Sonra da məni məhkəməyə verdi", - deyə şikayətçi bildirib.

Sakin Həsənov onu da bildirib ki, evin rəsmi çıxarışı yoxdur. Tikilinin olduğu torpaq dövlət mülkiyyətindədir.

Daha ətraflı Baku Tv-nin videomaterialında:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
moderator.az

2Источники