RU

ABŞ-də təhlükəli epidemiya yayıldı: Ölənlər var

ABŞ-nin Qida və Dərman Vasitələrinə Nəzarəti İdarəsi (FDA) əvvəlcədən bişirilib qablaşdırılmış hazır makarondan yayılan listeria bakteriyası səbəbilə 6 nəfərin həyatını itirdiyini, 25 nəfərin isə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

"Cebheinfo.az" “NBC News”a istinadən xəbər verir ki, FDA mövzu ilə bağlı verdiyi açıqlamada ölkə üzrə 18 ştatda listeria hallarının qeydə alındığını bildirib.

Qeyd olunub ki, əvvəlcədən bişirilib qablaşdırılmış makarondan listeria bakteriyasına yoluxan 6 nəfər ölüb, 1 qadın isə hamiləliyini itirib.

FDA-nın məlumatına görə, 18 ştatda bakteriyaya yoluxmuş 27 nəfərdən 25-i xəstəxanaya yerləşdirilib.

“Listeria” epidemiyasına səbəb olan paketlənmiş makaronların sağlamlıq riski səbəbilə bazardan geri çağırıldığı bildirilib.

Избранный
52
cebheinfo.az

1Источники