RU

Qüllənin çökməsi zamanı xəsarət alan fəhlələrdən biri vəfat etdi – Romada

Romanın mərkəzindəki orta əsrlərə aid “Torre dei Conti” qülləsinin bir hissəsinin çökməsi nəticəsində xəsarət alan fəhlələrdən biri xəstəxanada dünyasını dəyişib.

NOCOMMENT.az bu barədə “France-Presse” agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, insident bazar ertəsi bərpa işlərinin aparıldığı zaman baş verib. Hadisə nəticəsində Rumıniyadan olan üç fəhlə xəsarət alıb. Onlardan birini dağıntılar altında xilas etmək üçün xilasedicilər qalıqları əllə təmizləməli olublar. Təcili yardıma baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Amma ikinci çökmənin baş verməsi təcili yardım xidmətlərinin işini çətinləşdirib.

Qəzanın zəbəbləri araşdırılır.

Xatirə SADİQ

Избранный
67
nocomment.az

1Источники