RU

Qazaxıstanda 15 nəfər qızqaçırmaya görə saxlanıldı

BAKI, 4 noyabr. TELEQRAF

Qazaxıstanda polis əməkdaşları son bir ay yarım ay ərzində 15 nəfəri qızqaçırma hadisələrinə görə saxlayıb. Bu, belə hadisələrə görə yeni qanunun qüvvəyə minməsindən sonra baş verib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin media mərkəzi məlumat yayıb.

Nazirliyin məlumatına görə, qanuna edilən dəyişikliklər qüvvəyə mindikdən sonra hüquq-mühafizə orqanları Karaqanda, Manqistau, Cambıl, Türküstan vilayətlərində və Şımkent şəhərində məcburi nikaha cəlbetmə faktları üzrə 7 cinayət işi açıb.

Bundan əlavə, polis küçələrdə qadınların qaçırılma anlarını əks etdirən müşahidə kamerası görüntülərini dərc edib və vətəndaşlara belə halları görməzlikdən gəlməməyə və dərhal polisə məlumat verməyə çağırıb.

Yeni qanuna əsasən, məcburi evliliyə və ya birgəyaşayışa vadaretmə artıq Qazaxıstanda cinayət məsuliyyəti yaradır. Qanun sentyabrın 16-dan qüvvəyə minib və bu maddə üzrə təqsirli bilinən şəxsləri 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Əlavə olaraq, artıq qadının könüllü şəkildə sərbəst buraxılması işin xətm olunması üçün əsas sayılmır.

Избранный
56
teleqraf.com

1Источники