Finss.az - 5 və 6 noyabr 2025-ci il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.
Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
| 
			 otun müddəti (gün)  | 
			
			 İSİN  | 
			
			 Hərrac tarixi  | 
			
			 Hərraca çıxarılan məbləğ (manat)  | 
			
			 Nominal  | 
			
			 Miqdar  | 
			
			 Notun ödəniş tarixi  | 
		
| 
			 28  | 
			
			 AZ2543024700  | 
			
			 05.11.2025  | 
			
			 5.000.000  | 
			
			 100.000  | 
			
			 50  | 
			
			 03.12.2025  | 
		
| 
			 84  | 
			
			 AZ2542024701  | 
			
			 06.11.2025  | 
			
			 2.500.000  | 
			
			 100.000  | 
			
			 25  | 
			
			 29.01.2026  | 
		
| 
			 168  | 
			
			 AZ2540024703  | 
			
			 05.11.2025  | 
			
			 2.500.000  | 
			
			 100.000  | 
			
			 25  | 
			
			 22.04.2026  | 
		
| 
			 252  | 
			
			 AZ2541024702  | 
			
			 06.11.2025  | 
			
			 2.500.000  | 
			
			 100.000  | 
			
			 25  | 
			
			 16.07.2026  | 
		
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcmi hərraca çıxarılan nominal həcmlə məhdudlaşır.
Hərracda iştirakçı sayı tələbi mövcud deyil.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.