RU

Azərbaycan Türkiyə şirkəti ilə "yaşıl enerji" üzrə əməkdaşlıq edəcək

Bakı. Trend:

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji MənbələriDövlət Agentliyi (BOEMDA) ilə Türkiyənin külək enerji sənayesindəfəaliyyət göstərən “Ataseven Group” şirkəti arasında əməkdaşlıqəlaqələrinin qurulması barədə razılıq əldə olunub.

Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbərverir.

Belə ki, energetika nazirinin müavini Samir Vəliyevlə Türkiyəninkülək enerji sənayesində fəaliyyət göstərən “Ataseven Group”şirkətinin sədri Mustafa Atasevenin rəhbərlik etdiyi nümayəndəheyəti arasında görüş keçirilib.

Görüşdə şirkətin Türkiyədə külək elektrik stansiyalarınınqurulması ilə yanaşı, turbin avadanlıqlarının istehsalı və onların,eləcə də istehsal olunan enerjinin ixracı sahəsində fəaliyyətibarədə məlumat verilib. Azərbaycanla bu istiqamətdə əməkdaşlıqimkanları nəzərdən keçirilib.

Azərbaycanda həyata keçirilən “yaşıl enerji”, o cümlədən küləkenerjisi layihələrindən bəhs edilib. Qeyd edilib ki, bərpa olunanenerji avadanlıqlarının yerli istehsalı və “yaşıl enerji”nin ixracıAzərbaycanın yaxın gələcək üçün gündəliyində yer alanməsələlərdəndir.

Söhbət zamanı vurğulanan istiqamətlər üzrə əməkdaşlıqperspektivlərinin müəyyənləşdirilməsi məqsədilə müzakirələrin davametdirilməsi və şirkətlə Energetika Nazirliyi yanında Bərpa OlunanEnerji Mənbələri Dövlət Agentliyi arasında əməkdaşlıq əlaqələrininqurulması barədə razılıq əldə olunub.

Избранный
25
6
az.trend.az

10Источники