Vəkil İsrafil Əlili subay xanımlara müraciət edərək ailə qurmaq istədikləri şəxsin musiqi zövqünə diqqət etməyi tövsiyə edib.
“Ailə quracağınız oğlanın dinlədiyi musiqi çox önəmlidir. Musiqi zövqü insan barədə çox şeyi deyir. Məsələn, namizədiniz müğənni Nəfəs fanatıdırsa, evlilik məsələsini ciddi düşünün. Əgər həm o, həm də siz o tipli mahnıların vurğunusunuzsa, ehtiyatlı olun, evlənməklə genefondumuza zərər vura bilərsiniz”.
Onun bu fikri qısa zamanda sosial şəbəkələrdə rezonans doğurub və geniş müzakirəyə səbəb olub.