RU

“İran Səudiyyə Ərəbistanını heç vaxt düşmən hesab etməyib” - Abbas Əraqçı

“Səudiyyə Ərəbistanını heç vaxt düşmən hesab etməmişik”.

Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

O iki ölkə arasındakı mübahisələr və fikir ayrılıqlarının bəzən diplomatik münasibətlərin kəsilməsinə səbəb olduğunu bildirib.

Əraqçı ancaq İslam Respublikasının heç vaxt Səudiyyə Ərəbistanını düşmən hesab etmədiyini qeyd edib:

“Bizim aramızda bir çox anlaşılmazlıqlar olub və İslam İnqilabından sonra bölgədəki dostlarımız arasında bəzi fikir ayrılıqları yaranıb”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
32
1
missiya.az

2Источники