Bakı, 4 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Oyunların birinci günündə Azərbaycanın voleybol millisi İran seçməsi ilə qarşılaşıb. Görüş yığmamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu gün, həmçinin futzal millimiz A qrupunun I turunda Liviyanı sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi noyabrın 7-də keçiriləcək. Multiidman yarışına noyabrın 21-də yekun vurulacaq.