Qadın voleybolçulardan ibarət Azərbaycan millisi VI İslam Oyunlarında mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, komandamızın ilk rəqibi İran yığması olub.

Görüşün ilk iki setində çətinlik çəkmədən qalib gələn millimiz sonrakı hissədə rəqibin ciddi müqaviməti ilə üzləşib. Lakin təşəbbüsü əldən verməyən voleybolçularımız bu setdə də qalib gələrək oyunu öz xeyirlərinə başa vurublar. Beləliklə, Faiq Qarayevin yetirmələri İslamiadaya qələbə ilə start veriblər.

Qeyd edək ki, millimiz növbəti oyuna noyabrın 6-da çıxacaq. Həmin gün rəqibimiz Tacikistan kollektivi olacaq.


VI İslam Oyunları

4 noyabr

   İran - Azərbaycan 0:3 (11:25, 16:25, 24:26)