RU

700 milyardlıq qazanc Tramp dövründə nəhəng sərvət axını

Bakupost saytına istinadən ain.az xəbər verir.

Donald Trampın bu il vəzifəyə qayıdışından sonra ABŞ-də ən varlı 10 şəxsin ümumi sərvəti təxminən 700 milyard dollar artıb.

Bakupost.az xarici mediaya istinadən xəbərinə görə, yeni hesabatda bildirilir ki, Trampın əsas addımlarından biri korporativ və milyarderlərin vergilərini azaldan “Böyük və Gözəl Qanun Layihəsi” olub. “Oxfam America” bu qanunun “onilliklərin ən böyük sərvət transferlərindən birinə” səbəb olduğunu bildirir.Hesabata görə, ən varlı 1%-lik təbəqədəki ailələr, ən kasıb 20%-lik təbəqədən orta hesabla 987 dəfə çox sərvət qazanıb. Son bir ildə ABŞ milyarderlərinin ümumi sərvəti 698 milyard dollar artıb.Buna baxmayaraq, əhalinin 40%-dən çoxu hələ də aşağı gəlirli hesab olunur. Senator Elizabet Uorren yazır ki, “ən varlılar demək olar ki, vergi ödəmədən sərvətlərini artırırlar.” O, sərvət vergisi, ədalətli vergi siyasəti və sosial investisiyalarla iqtisadi balansın bərpasını vacib sayır.Trampın ikinci prezidentliyi dövründə milyarderlər siyasi və iqtisadi təsir güclərini artırıblar. “Tesla” rəhbəri İlon Mask, “Meta”dan Mark Zukerberq və “Amazon”dan Ceff Bezos kimi adlar onun andiçmə mərasimində yer alıb.Bəzi məlumatlara görə, Tramp ailəsi iki prezidentlik dövrü ərzində kriptovalyutalardan, “MAGA” məhsullarından və “Mar-a-Lago”dan ümumilikdə 3,4 milyard dollar qazanıb.Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
www.bakupost.az

1Источники