RU

Qyökereş ÇL matçını buraxacaq

"Arsenal" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Slaviya"nın qonağı olacaq.

Apasport.az xəbər verir ki, London təmsilçisi Çexiyadakı oyuna ciddi itki ilə çıxacaq.

Viktor Qyökereş səfər matçında komandaya kömək edə bilməyəcək. İsveçli hücumçu Premyer Liqanın 10-cu turunun "Börnli" ilə görüşündə ayaq əzələsindən zədə alıb. 27 yaşlı forvard kollektivlə birlikdə Praqaya aparılmayıb.

"Arsenal" Viktor Qyökereşi mövsümün əvvəlində "Sportinq"dən 66 milyon avroya transfer edib. İsveç millisinin üzvü "topçular"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 6 qol vurub.

Qeyd edək ki, "Slaviya" - "Arsenal" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Erol Bulutdan şok açıqlama: "Taktikamızı rəqibə ötürənlər var"

"Beşiktaş" danimarkalı vingerlə danışıqlar aparır

Serbiyada baş məşqçi oyun zamanı vəfat edib

“Atalanta”nın hücumçusu “Qalatasaray”ın radarında

“Real”ın heyətində ciddi itki yaşanıb

Избранный
41
apasport.az

1Источники