RU

İnvestiya Şirkətinin rəhbəri banka transfer oldu

“Assist Finance İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının sədri digər maliyyə təşkilatına transfer alıb.

Banker.az xəbər verir ki, bu, Elşad İbrahimov Moğbil oğludur. O, 2025-ci ilin oktyabrından etibarən “Kapital Bank” ASC-nin Xəzinədarlıq departamentinə direktor təyin edilib.

O, 2024–2025-ci illərdə “InvestAZ Yatırım şirkətində” Baş maliyyə inzibatçısı və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Bundan əvvəl “AFB Bank”da və “DəmirBank”da Xəzinədarlıq departamentinə rəhbərlik etmiş, həmçinin müxtəlif maliyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb.

Elşad İbrahimov İnvestisiya Şirkətinin Müşahidə Şurasına ilin ilk yarısından sədr keçmişdi. O bu vəzifədə Ruslan Cəfərov Nazim oğlunu əvəz etmişdi. R.Cəfərov şirkətin yeganə səhmdarıdır.

Xatırladaq ki,  “Assist Finance Investisiya Şirkəti” ASC 15 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasında qeydiyyata alınmış və təsis olunmuş “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin hüquqi varisidir. Səhmlərinin 100%-i Ruslan Cəfərov Nazim oğlu adlı şəxsə malikdir.

Избранный
34
banker.az

1Источники