RU

Müştəri taksi sürücüsünü döydü

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Quba rayonunda taksi sürücüsü döyülüb. Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 12-də, gecə saat 1 radələrində Quba şəhəri, Qırmızı qəsəbə ərazisində baş verib. Quba rayon sakini, 1984-cü il təvəllüdlü Sərxan aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı taksi sürücüsü olan Zamirin (adlar şərtidir – red.) sifət və bədən nahiyəsindən yumruqla vurub. Hadisəni törədən Sərxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 12-də, təxminən saat 1 radələrində Quba şəhərinə gəlmək üçün sistem üzərindən taksi sifariş verib: “Taksi çatdıqdan sonra pulmu olmadığını bildirdim. Səhər açıldıqda sürücüyə əvəzində 15 manat verə biləcəyimi təklif etdim. Sürücü isə mənimlə razılaşmadı, sifariş olunan taksinin 5 manat ödənişini tələb etdi. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zamanı onu təhqir etdim və yumruqla vurdum”. Bu işə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 9 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.Təqsirləndirilən şəxsin təyin olunan cəzaçəkmə müddətində Quba rayonunun hüdudlarını tərk etməsi qadağan olunub. Bu müddət ərzində axşam saat 24:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməsi tapşırılıb. Ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
demokrat.az

1Источники