RU

Müxalifətçi Rusiya kəşfiyyatına işlədiyini etiraf etdi

Rusiyanın “Açıq Rusiya” hərəkatının sabiq koordinatoru İqor Roqov Polşada sığınacaq aldıqdan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq etdiyini etiraf edib.

Modern.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Roqov istintaqa ifadəsində bildirib ki, FTX-nin tapşırıqlarını yerinə yetirərkən özünü müxalifətçi kimi təqdim edib:

“Mən sevdiyim işlə məşğul olmalı, Rusiya müxalifətçiləri arasında irəliləməli və yeni insanlarla tanış olmalı idim. Sonra bu məlumatları FTX-yə ötürməliydim. O vaxt mənə elə gəlirdi ki, bununla daha çox xeyir gətirirəm, nəinki zərər”.

O, həmçinin bildirib ki, bu fəaliyyətə təzyiq altında məcbur edilib.

Polşa prokurorluğu 2024-cü ilin dekabrında İqor Roqova və onun həyat yoldaşı İrinaya qarşı casusluq ittihamı irəli sürüb. 2025-ci ilin oktyabrında iş məhkəməyə göndərilib.

İstintaqın məlumatına görə, Roqov 2024-cü ilin iyulunda içərisində partlayıcı qurğular olan bağlamanın göndərilməsində və qəbulunda iştirak edib. Bundan əlavə, o, FTX-nin tapşırığı ilə Rusiya müxalifət nümayəndələri haqqında məlumat toplayıb, bu məlumatları isə FTX-yə onun həyat yoldaşı ötürüb.

Qeyd edək ki, İqor Roqov “Açıq Rusiya” hərəkatının fəallarından biri olub və Ukraynaya qarşı müharibənin başlanmasından sonra Polşaya köçərək siyasi sığınacaq alıb.

Избранный
21
4
modern.az

5Источники