RU

Dik Çeyni 84 yaşında vəfat etdi

ABŞ-nin keçmiş vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib. 

"Unikal" xəbər verir ki, bu  barədə ABŞ mətbuatı məlumat dərc edib. 

Bildirilir ki, keçmiş siyasətçi pnevmoniya və ürək xəstəliyindən əziyyət çəkirdi. Dik Çeyni 1941-ci ildə Nebraskada anadan olub və siyasi karyerasına 1969-cu ildə başlayıb.  

Qeyd edək ki, Dik Çeyni 2001-2009-cu illərdə Corc Buş administrasiyasında ABŞ-ın vitse-prezidenti olub.

Избранный
43
7
unikal.az

10Источники