BAKI, 4 noyabr. TELEQRAF
Corc Buş dövründə ABŞ-nin vitse-prezidenti vəzifəsində çalışmış Dik Çeyni 84 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə “Punchbowl” jurnalının müxbiri Ceyk Şerman məlumat verib.
“Dik Çeyni 84 yaşında ailəsinin əhatəsində vəfat etdi”, - o bildirib.
CNN onun haqda yazıb ki, Çeyni iki müddətə (2001-2009) 46-cı vitse-prezident kimi ABŞ-nin İraqda müharibəyə girməsinə təsir göstərmişdi. Qeyd olunur ki, uzun müddət “sabit mühafizəkar” olan siyasətçi son səsini 2024-cü ildə keçirilən prezident seçkilərində liberal demokrat üçün verib.