Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerləşən çoxmənzilli binada yanğın başlayıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Hazırda yanğınsöndürmə və digər zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.