"20 Yanvar" dairəsində Müzəffər Həsənov, Həsən bəy Zərdabi və Rövşən Cəfərov küçələrinin sözügedən dairə ilə kəsişmələrində 1.25 - "sarı tor" nişanlanma xətləri təşkil edilib. "Sarı tor" nişanlama xətlərinin təşkili həmin ərazidəkı sıxlığa necə təsir edəcək?
Day.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Trend-ə açıqlamasında bildirib ki, qeyd edilən ərazidə yarana biləcək sıxlığın, həmçinin baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə BDYPİ tərəfindən mütəmadi olaraq nəzarət profilaktiki tədbirlər həyata keçirilir.
"Həmin ərazidə əsasən, sürücülərin yol ayrıcını kobud şəkildə pozması nəticəsində sıxlıq yaranır. Sözügedən nişanlama xətti tələbinin pozulması qanunvericiliyin tələblərinə ziddir".
T. Nasirli vurğulayıb ki, belə hal aşkarlandığı təqdirdə həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, 3 cərimə balı və 100 manat dəyərində cərimə tətbiq olunur.