RU

Uçan maşın: fantastikadan reallığa

AzVision.az xəbər verir ki, Çinin “Sinxua” agentliyi belə nəlumat yayıb.

“Çinin “Xpeng” elektrik avtomobil istehsalçısının uçan avtomobil bölməsi olan “XPeng Aeroht” şirkəti noyabrın 4-də elektrik şaquli qalxma və eniş (VTOL) təyyarələrinin kütləvi istehsalı üçün dünyanın ilk ağıllı zavodunda sınaq istehsalına start verib”, - xəbərdə deyilir.

Agentlik bildirir ki, Çinin cənubundakı Quandun əyalətinin Quançjou şəhərində yerləşən 120 min kvadratmetrlik zavod artıq “Land Aircraft Carrier” modul avtomobilinin ilk çıxarıla bilən elektrik təyyarəsini istehsal edib.

İlkin layihə gücü 5 min ədəd olan Quançjou zavoduildə 10 min ədəd çıxarıla bilən təyyarə modulu buraxmağı planlaşdırır. Zavod tam istismara verildikdən sonra hər yarım saatda bir təyyarə yığa biləcək.

Sahil İsgəndərov
AzVision.az
Избранный
29
azvision.az

1Источники