RU

Türk səfir Kostanyana nə bağışlayıb?

Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçın rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana səfəri zamanı xarici işlər nazirinin müavini Vahan Kostanyana hədiyyə təqdim edib.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, səfər zamanı Serdar Kılıç Kostanyana bəzədilmiş gümüş boşqab bağışlayıb.

Vahan Kostanyan hədiyyəni Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına təqdim edib. Boşqabın dəyəri 101 228 dram (təxminən 255 manat) olaraq qiymətləndirilib. Toyuqlu pizza

Ermənistan qanunvericiliyinə görə, dəyəri 60 min dramdan (təxminən 150 manat) artıq olan hədiyyələr məmurlar tərəfindən dövlətə və ya ictimai fondlara təhvil verilməlidir.


Telegram kanalımız
Избранный
75
yenisabah.az

1Источники