GƏNCƏ, 4 noyabr. TELEQRAF
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1986-cı il təvəllüdlü Gülnar Cəfərovanı maşın vurub.
Qadın müxtəlif bədən xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.