RU

Almaniya Ukraynaya maliyyə yardımını artırır

Almaniya hökuməti gələn il Ukraynaya maliyyə yardımını təxminən 3 milyard avro artırmağı planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, indiyə qədər 2026-cı il dövlət büdcəsində Kiyevi dəstəkləmək üçün 8,5 milyard avro ayrılıb:

“Əlavə 3 milyard avro ayırmaq qərarı qəti deyil, koalisiya daxilində danışıqlar davam edir, lakin Ukraynaya veriləcək vəsaitin miqdarının artırılması zərurəti ilə bağlı fikir birliyi mövcuddur”.
Избранный
29
3
sherg.az

4Источники