15-ə yaxın ukraynalı hərbçi Zaporojjya vilayətində rus əsgərlərinə təslim olub.
Newscenter.az xəbər verir ki, bu barədə TASS-a Rusiya təhlükəsizlik qüvvələri məlumat verib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Kupyansk və Krasnoarmeyskdə ukraynalı əsgərlərin təslim olması barədə məlumat vermişdi. Həmçinin bildirilib ki, Xarkov vilayətinin Petropavlivka kəndinin cənub-şərq kənarı yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin 14-cü briqadasının 12 hərbçisi təslim olmağa cəhd edərkən, Ukraynaya məxsus FPV pilotsuz uçan aparatları ilə onlar öldürülüb,
Mehman Mehdiyev