RU

ABŞ-nin sabiq vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib

İraq müharibəsinin əsas memarı hesab olunan siyasətçi pnevmoniya və ürək-damar xəstəliklərindən dünyasını dəyişib...

Poliqon xəbər verir ki, ABŞ-ın sabiq vitse-prezidenti, Vaşinqtonun ən təsirli siyasi fiqurlarından biri sayılan Dik Çeyni 84 yaşında dünyasını dəyişib. Reuters Agentlyinin məlumatına görə, onun ölümünə pnevmoniyanın ağırlaşmaları və ürək-damar sistemindəki problemlər səbəb olub.

Çeyni 2001–2009-cu illərdə prezident Corc Buş (kiçik) administrasiyasında vitse-prezident vəzifəsini icra edib. O, prezident səlahiyyətlərinin genişləndirilməsinin əsas tərəfdarlarından biri kimi tanınırdı və vitse-prezident aparatını xüsusilə milli təhlükəsizlik sahəsində müstəqil güc mərkəzinə çevirmişdi.

Dik Çeyni 2003-cü ildə İraqa hərbi müdaxilənin əsas təşəbbüskarlarından olub. O, Səddam Hüseyn rejiminin kütləvi qırğın silahına malik olduğunu iddia edir, lakin bu məlumat sonradan təsdiqlənməmişdi.

Siyasətçi həmçinin terrorçuluqda şübhəli şəxslərə qarşı “gücləndirilmiş dindirmə metodlarını”, o cümlədən su ilə boğulma təcrübəsini dəstəkləmişdi. Bu isə beynəlxalq ictimaiyyətin ciddi tənqidinə səbəb olmuşdu.

2009-cu ildən sonra Çeyni ABŞ-ın neokonservativ kursunun simvollarından biri olaraq qalırdı. Onun fəaliyyəti ölkə daxilində kəskin mübahisələr doğururdu.

Qızı Liz Çeyni, Donald Trampa qarşı çıxış etdikdən sonra Konqresdəki yerini itirmişdi. Dik Çeyni Trampı “ABŞ tarixindəki ən böyük təhlükə” adlandırmış və 2024-cü il seçkilərində Kamala Harrisə dəstəyini açıqlamışdı.

Poliqon.info

Избранный
47
poliqon.info

1Источники