RU

Bolqarıstan 2026-cı ildən avrozona ölkələrinə qoşulacaq

Bolqarıstan 2026-cı ildən avrozona ölkələrinə qoşulacaq

1 yanvardan etibarən Bolqarıstan avronu rəsmi valyuta kimi qəbul etmiş 20-dən çox Avropa ölkəsinin ailəsinə qoşulacaq.

AFN.az xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Rosen Jelyazkov “Bolqarıstan avrozonanın astanasında” adlı konfransda bildirib. O, ölkəsinin avroya keçidini strateji seçim adlandırıb. Jelyazkov qeyd edib ki, avro təkcə pul vahidi deyil, həm də Birləşmiş və güclü Avropanın mərkəzində Bolqarıstanın yerini möhkəmləndirən strateji qərardır.

Tədbirdə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Qeorqiyeva, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard, Avropa Komissiyasının iqtisadi məsələlər üzrə komissarı Valdis Dombrovskis və digər rəsmilər iştirak ediblər. Konfrans Bolqarıstan Milli Televiziyasında canlı yayımlanıb.

Kristalina Qeorqiyeva çıxışında bildirib ki, Bolqarıstan qiymət sabitliyini qoruyacaq və artıq Avropa maliyyə qərarlarının qəbul olunduğu masada öz yerini tutacaq: "Avroya keçid ölkə inkişafının tarixi addımı kimi qalacaq”.

Kristin Laqard isə vurğulayıb ki, avrozona ölkələrinin hamısı başlanğıcda suverenlik və qiymət artımı ilə bağlı oxşar narahatlıqlar keçiriblər, lakin Bolqarıstan bu mərhələyə gəlmək üçün genişmiqyaslı islahatlar aparıb və mühüm addımlar atıb: “Bu, yolun sonu deyil, başlanğıcıdır. İslahatlar davam etməlidir. Avronun əsas faydası – inkişaf və sabitlikdir”.

Avropa Şurasının 8 iyulda verdiyi qərara əsasən, Bolqarıstan 1 yanvar 2026-cı ildən etibarən avrozonanın 21-ci üzvü olacaq. Keçid zamanı 1 avro = 1,95583 bolqar levi məzənnəsi tətbiq ediləcək – bu da hazırkı rəsmi məzənnə ilə eynidir.

Избранный
50
afn.az

1Источники