RU

Gəncədə 39 yaşlı qadını maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1986-cı il təvəllüdlü Gülnar Cəfərovanı maşın vurub.

Qadın müxtəlif bədən xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

Избранный
23
7
avtosfer.az

10Источники