RU

Belçikada milyonlarla abonentin məlumatları oğurlandı: Aralarında Avropa məmurları da var

Belçikada milyonlarla ölkə sakininin, o cümlədən Avropa Komissiyası və digər Avropa qurumlarının əməkdaşlarının yerləşdikləri məkan barədə məlumatları internetdə açıq istifadəyə verilib.

Bu barədə "Echo" məlumat yayıb.

Qeyd olunur ki, smartfon abonentlərinin geolokasiya məlumatları oğurlanıb və şəbəkədə satılıb. Materialları araşdıran jurnalistlər yüksəkvəzifəli məmurlar da daxil olmaqla ən azı beş Avropa qurumu əməkdaşının həyat tərzi və vərdişlərini müəyyən edə biliblər.

Avropa Komissiyası bu cür məlumatların satışa çıxarılmasından narahatlığını bildirib və əməkdaşlarına təhlükəsizliyi artırmaq üçün şəxsi və xidməti smartfonlarının parametrləri ilə bağlı tövsiyələr verib.
Избранный
57
7news.az

1Источники