RU

AYİB Türkiyənin ən iri şirniyyat istehsalçılarından olan “Ülker”ə iri həcmli kredit ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyənin aparıcı şirniyyat istehsalçısı olan “Ülker” şirkətinə dayanıqlı inkişaf göstəriciləri ilə bağlı 75 milyon avro məbləğində kredit təqdim edir.

AYİB-in təqdim etdiyi kredit ümumi məbləği 377 milyon avro olan geniş maliyyə paketinin bir hissəsi olacaq və bu paketdə bir neçə bank iştirak edəcək.

“Məbləğ şirkətin 2023-cü ilin mart ayında əldə etdiyi dayanıqlı inkişafla bağlı mövcud kreditin təkrar maliyyələşdirilməsinə yönəldiləcək.

Dayanıqlı inkişaf “Ülker” şirkətinin biznes strategiyasının əsas elementi sayılır və şirkət 2050-ci ilə qədər bütün istehsal zənciri boyu karbon neytrallığına nail olmaq öhdəliyini davam etdirir. Bu, “sıfır tullantı” mədəniyyətinin tətbiqini, dövri istehsal modellərinə keçidi, karbon emissiyalarının azaldılmasını və “yaşıl maliyyələşdirmə”dən istifadəni əhatə edir”, – deyə məlumatda qeyd olunur.

MənbəTREND
Избранный
7
1
banker.az

2Источники