RU

Süni intellekt üçün ən “anlaşıqlı” dil müəyyən edildi gözlənilməz nəticə

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Alimlər müəyyən ediblər ki, süni intellekt sistemləri üçün ən anlaşıqlı dil polyak dilidir. 26 dil arasında aparılan müqayisədə polyak dili ən yüksək nəticə göstərib, halbuki ənənəvi olaraq süni intellekt modellərinin əsas öyrədildiyi dil sayılan ingilis dili yalnız altıncı yeri tutub.

Bizimyol.info xəbər verir ki, Merilend Universiteti və "Microsoft" korporasiyasının birgə apardığı genişmiqyaslı tədqiqatın nəticələri gözlənilməz olub.

Mütəxəssislər "OpenAI", "Google Gemini", "Qwen", "Llama" və "DeepSeek" kimi aparıcı sistemləri eyni sorğularla, lakin fərqli dillərdə sınaqdan keçiriblər. Cavabların dəqiqliyi, tamlığı və məntiqi ardıcıllığı əsas meyar kimi götürülüb, xüsusilə uzun mətnlərin emalı zamanı bu göstəricilərə diqqət yetirilib.

Tədqiqatçılar nəticələri “gözlənilməz və ziddiyyətli” adlandırıblar, çünki əsas tədris dili kimi ingiliscənin ən yüksək nəticə göstərəcəyi güman edilirdi. Lakin təcrübələr göstərib ki, süni intellekt polyak dilində verilən tapşırıqları daha yaxşı anlayır və daha dəqiq cavablandırır.

Digər dillər arasında da yüksək göstəricilər qeydə alınıb: italyan dili – 86%, ispan dili – 85%, ukrayna dili – 83,5%. Bu isə ukrayna dilini süni intellektlə ünsiyyət üçün ən səmərəli dillərdən biri edir.

Portuqal, alman və niderland dilləri isə 80–82% göstərici ilə ilk onluğun son sıralarını tutublar.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
121
bizimyol.info

1Источники