RU

Azərbaycanda tibb işçiləri və risk qrupları arasında qrip əleyhinə vaksinasiya başlayıb

ain.az, Dogru.az portalına istinadən məlumat verir.

Səhiyyə Nazirliyinin əmrinə əsasən, respublikanın şəhər və rayonlarında tibb işçiləri və digər risk qrupları arasında 2025-ci ilin oktyabrın 8-dən etibarən 6 ay müddətində qrip əleyhinə vaksinasiya tədbirləri həyata keçirilir.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamenti AZƏRTAC-ın sorğusuna cavab olaraq açıqlayıb.

Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının və qripin yayılmasının qarşısını almaq məqsədilə ənənəvi profilaktik və əks-epidemik tədbirlər davam etdirilir. Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, 2025-ci il oktyabrın 8-dən vaksinasiya kampaniyasına rəsmi start verilib.

TƏBİB-in məlumatına görə, oktyabrın 8-dən noyabrın 2-dək qurumun tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 min 562 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 2 min 352-si 0–17 yaş, 11 min

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
6
dogru.az

10Источники